“Atletiko” - “Qarabağ” oyununda türk əsilli hakim

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko”ya qarşı keçirəcəyi oyunun hakimləri məlum olub.

Metbuat.az bildirir ki, Madriddəki matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Dəniz Aytəkin olacaq. Türk əsilli referiyə Quide Kleveylə Markus Heker kömək edəcəklər.

Qeyd edək ki, “Atletiko” - “Qarabağ” matçı oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çempionlar Liqası, qrup mərhələsi: C qrupu, 4-cü tur

31 oktyabr
23:45 Atletiko (Madrid) - Qarabağ
Baş hakim:
Dəniz Aytəkin
Yan xətt hakimləri: Quide Kleve, Markus Heker
Əlavə köməkçi hakimlər: Daniel Sibert, Benjamin Brand
Ehtiyat hakim: Eduard Beytinqer (hamısı Almaniya)
UEFA nümayəndəsi: Duşko Qrabovaç (Xorvatiya)
Hakim inspektor: Vitor Manuel Melo Pereyra (Portuqaliya)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR