Heydər Əliyev Mərkəzində nümayiş edilən əsər sakinlərin marağına səbəb olub - FOTO

Heydər Əliyev Mərkəzində nümayiş edilən əsər sakinlərin marağına səbəb olub - FOTO
10:57 6 Aprel 2015
60 Sosial
Ölkə mətbuatı
A- A+

2014-cü ildə sərgiləri daha çox ziyarət olunan yapon rəssam, müasir “pop-art”ın əfsanəsi Yayoi Kusamanın “Sabahın çiçəkləyən gülləri” (Flowers that Blossom Tomorrow, 2012) əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş olunur.

Trend-in məlumatına görə, əsər Bakının qonaqları və sakinlərinin marağına səbəb olub. Buraya gələnlər Yayoi Kusamanın əsərini həvəslə izləyirlər.

Qeyd edək ki, müasir qloballaşan incəsənətin rəmzi sayılan Y.Kusama Kioto İncəsənət Məktəbində təhsil aldıqdan sonra abstrakt incəsənət janrında fəaliyyət göstərib və 1957-ci ildən yaradıcılığına Nyu-Yorkda davam edib. Xanım Y.Kusama al-əlvan rəsmləri, heykəltəraşlıq nümunələri, “xallı” kollaj və installyasiyaları ilə tanınır. “Xal” Y.Kusama markasının simvoluna çevrilib və rəssam bu seriyada geyimlər, aksesuarlar istehsal edib. O, ekstravaqant nümunələri ilə fərqlənən “Kusama Fashion” şirkətini yaradıb.

Həmçinin yazıçı-şairə olan Y.Kusama sürrealist və fantastik əsərlər müəllifidir. О, kino sahəsində də çalışıb.

Y.Kusama 1973-cü ildə yenidən Yaponiyaya qayıdıb.

Rəssamın “Abstraksiya N2” (1959-cu il) əsəri Kristis (Christie’s) hərracında 5794500 ABŞ dollarına satılıb və bununla da o, müasir incəsənətin ən bahalı rəssamı kimi tanınıb.

Y.Kusama bu günədək 50 mindən çox əsər yaradıb. 2014-cü ilin statistik nəticələrinə görə, 86 yaşlı Y.Kusama dünyada sərgiləri daha çox izlənilən rəssamdır. Onun rəsmləri, heykəl və installyasiyaları təkcə Cənubi və Mərkəzi Amerikada 2 milyondan çox ziyarətçinin marağına səbəb olub.

Dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunan Y.Kusama 1993, 1998 və 1999-cu illərdə Venesiya Biennalesində Yaponiyanı təmsil edib.

Aprelin 4-dən Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş etdirilən “Sabahın çiçəkləyən gülləri” (Flowers that Blossom Tomorrow) Azərbaycanda ilk dəfə təqdim olunur.

Milli.Az




























Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR