"Vətəndaş razı olur, amma..."

"Vətəndaş razı olur, amma..."
10:01 6 Aprel 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bəzən bizə daxil olan şikayətlərdən məlum olur ki, sığorta agentləri müştəriyə düzgün məlumat verməyib”. ANS PRESS-in məlumatına görə, bunu Dövlət Sığorta Nəzarət Xidmətinin Lizeniziyalaşdırma, Ərizə və Şikayətlərə Baxılması Şöbəsinin müdiri Mahir Abdullayev deyib.

O bildirib ki, bəzi şikayətçilər yanlış məlumatlandırıldığını və aldadıldığını iddia edərək sığorta şikayətindən narazılıq edir:

“Bəzi şikayətçilər deyir ki, müqavilə bağlayarkən sığorta agenti ona bütün hallarda təzminat veriləcəyini söyləyir. Vətəndaş razı olur, ancaq sonradan avtomobil qəzası zamanı belə məlum olur ki, bu təzminat müqavilədə nəzərdə tutulmayıb. Bu isə müştərinin ciddi narazılığına səbəb olur”.

Şöbə müdiri qeyd edir ki, müqavilədə hər hansı təzminatın olmadığını müştəriyə bildirmək lazımdır. Əks təqdirdə ciddi problemlər ortaya çıxır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=336088

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR