Ölkəmizdə pərakəndə əmtəə dövriyyəsinin həcmi 10 faiz artıb

11:03 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC 
Bu ilin yanvar ayının 1-dək ölkəmizdə pərakəndə əmtəə dövriyyəsinin həcmi 22 milyard manat olmaqla əvvəlki illə müqayisədə 10 faiz artıb. İstehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,5 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35,8 faizi əmtəə bazarlarında satılıb.
AZƏRTAC İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına istinadla bildirir ki, özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin səviyyəsini 10 faiz üstələyib, bu bölmə üzrə real artımın 65,7 faizi fərdi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranıb.
Elektron ticarət şəbəkəsində istehlakçılara 6,4 milyon manatlıq istehlak malları satılıb. Bu sahədə ticarət dövriyyəsinin 94,6 faizini təşkil edən qeyri-ərzaq mallarının satışı əvvəlki ilin səviyyəsini 2,5 dəfə üstələyərək 6,1 milyon manata bərabər olub. Elektron ticarəti üzrə istehlak mallarının satışının 91,3 faizi hüquqi şəxslərin, 8,7 faizi isə fərdi sahibkarların ticarət subyektləri tərəfindən həyata keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olkemizde_perakende_emtee_dovriyyesinin_hecmi_10_faiz_artib-843775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR