Elçin Xəlilov seolit alveri ittihamına reaksiya verdi

Elçin Xəlilov seolit alveri ittihamına reaksiya verdi
11:05 6 Aprel 2015
242 Sosial
Ölkə mətbuatı
A- A+

O: “Səfər Əbiyevlə münasibətləri çox pozulmuşdu, nazirin köməkçisi ilə məni səhv salırlar”, - deyir
Müdafiə Nazirliyinin ləğv edilmiş Elmi-Tədris Mərkəzinin (MN ETM) rəisi olmuş Elçin Xəlilov seolit satışı ilə bağlı yazdıqlarımıza reaksiya verib. Hazırda ev dustağı olan E.Xəlilovun mövqeyini redaksiyamıza vəkili Fəxrəddin Mehdiyev çatdırıb.

E.Xəlilovun “Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmış” sərlövhəli məqaləyə reaksiyası belədir: “Məqalədə əsassız və əvvəlcədən yalan olaraq göstərilir ki, ”İntergeo-TETİS" Beynəlxalq Elmi Texniki kompleksinin rəisi E.Xəlilovla sabiq müdafiə naziri Səfər Əbiyev birləşərək Azərbaycanın milli sərvəti olan təbii seoliti xaricə ixrac edirlər. Rəsmi olaraq elan edirəm ki, məqalədə verilmiş məlumat həqiqətə uyğun deyil.

Əvvəla, mən MN ETM-in rəisi vəzifəsinə 1993-cü ilin noyabr ayında təsdiq olduğum zaman nazir vəzifəsini Məmmədrəfı Məmmədov icra edirdi. S.Əbiyev isə bu vəzifəyə 1995-ci ilin fevral ayında təyin olunub.

MN ETM MN-in Mərkəzi Aparatı İdarəsi statusunda təsdiq olunmuşdu. Mən müdafiə nazirinə birbaşa tabe olmuşam.

2013-cü ilin noyabr ayında MN-də keçirilən reorqanizasiya ilə əlaqədar ETM ixtisara salındı. 20 il ərzində işlədiyim vəzifədən ixtisara salınmaqla azad olundum. İşdən azad olunmağım heç bir cinayət işi ilə əlaqəli deyil. Qəzetlərdə məni müdafiə nazirinin köməkçisi kimi qələmə verirlər. Lakin bu informasiya həqiqətə uyğun deyil. Hətta məni çox zaman həqiqətən nazirin köməkçisi olan polkovnik Xəlilovla səhv salırlar.

Rəsmi olaraq elan edirəm ki, mən Elçin Nüsrət oğlu Xəlilov heç bir zaman nazir köməkçisi vəzifəsində işləməmişəm. Başçılıq etdiyim ETM Azərbaycanda yeganə Hərbi Elmi Tədqiqat mərkəzi idi.

MN-in işçiləri yaxşı bilirdilər ki, son illərdə mənimlə S.Əbiyevin münasibətləri çox pozulmuşdu və elə bununla əlaqədar olaraq ETM-in bağlanması məsələsi S.Əbiyev tərəfindən hazırlanmışdı. “İnterqeo-TETİS” haqda internet saytında verilmiş məlumat çoxdandır ki, “köhnəlib”. Rahat hesablaya bilərik ki, dünya bazarında seolitin 1 tonunun qiyməti 120 dollardır və məqalədə göstərilən 130 milyon gəlir əldə etmək ucun 1 milyon 33 min ton seolit satmaq lazımdır və bu miqdar seoliti xarici ölkələrə ixrac etmək ucun 23-25 min ədəd dəmir yolu vaqonu lazımdır. Çox maraqlıdır ki, məqalənin müəllifi Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və ya Tovuz rayonunun rəhbərliyi tərəfindən təsdiq edilmiş sənəd təqdim edə bilərmi?

Bu bir zarafata oxşayır, lakin müəllif öz yazılarını bir yoxlanmış fakt kimi qələmə verir. Məlumat üçün qeyd edək ki, 1995-96-cı illərdə Ceyranbatan Su Anbarına suyu təmizləmək üçün cəmi 50 ton seolit satılıb. O faktı da qeyd edək ki, “Azərseolit” ETİS-in nəzdində iki ədəd “MAZ” markalı maşın, bir ədəd ekskavator və bir ədəd yukləyici maşın var. Müəllifin versiyasına görə, 1 milyon tondan artıq olan seolit adları çəkilmiş mexanizmlər və əl ilə gecə-gündüz dəmir yol vaqonlarına yüklənib xaricə göndərilib. Təbii seolitin az tonnajla istehsal olunması “Azərseolit” və Geologiya-Mineralogiya Ehtiyatlar İşləri üzrə Dövlət Komitəsi tərəfindən Tovuz rayonunda təsdiq olunmuşdur. Rəsmi şəkildə sizə bildirim ki, həmin şirkətin rəhbəri olan zaman Azərbaycandan xaricə bir kiloqram seolit çıxarılmayıb. Şirkətin əsas vəzifəsi 1995-99 illər ərzində ildə 100 tondan artıq olmamaq şərti ilə eksperimentlər üçün və bu eksperimentlər əsasında yeni texnologiyaların yaradılmasıdır. Müəllif seolitlərin xeyirliliyinin bir çox sahələrdə istifadə oluna biləcəyini qeyd edir (su təmizlənməsi, kənd təsərrüfatı, tibb sahəsi, hərbi sahə və s.). Seolitin bu xassələrinin icad olunmasını xarici müəlliflərə bu işlərdə onların irəlidə olmaqları qeyd edir. Ancaq bu məsələ ilə əlaqədar olaraq müəllif bir az çox maraqlansaydı, görərdi ki “Azərseolit” alimləri tərəfindən Avrasiya Patent İdarəsində və Azərbaycan Respublikasının Standartlaşma və Metrologiya Üzrə Dövlət Agentliyində 20-dən çox patentlər qeydə alınmışdır. Mənim “Azerseolit”in rəhbəri kimi əsas işim təbii seolitlərdə son məhsul almaq texnologiyalarının yaradılması və texnologiyalarla millətimizə xeyr gətirməkdir".

E.Xəlilov hesab edir ki, məqaləyə görə ondan üzr istənilməlidir.

"Yeni Müsavat"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR