Lənkəran sakinindən xeyli miqdarda narkotik götürülüb

14:17 9 Yanvar 2015
138 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 14:12 ]


Lənkəran. Ağəddin Babayev – APA. Xeyli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran rayon sakini yaxalanıb.

 

Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi Nizami Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Xaqani Novruzəli oğlu Qubadov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlindəki düyü kisəsinin içərisindən 806,76 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 298,653 qram çəkidə tiryək, cibindən isə 1,7 qram çəkidə qurudulmuş marixuana maddəsi aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Hazırda polis X. Qubadovun narkotik vasitəni kimlərdən alması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR