Elnarə: "Bir paltarı on dəfə də geyinirəm"

Elnarə: "Bir paltarı on dəfə də geyinirəm"
14:17 9 Yanvar 2015
228 Şou
Ölkə mətbuatı
A- A+

Xanəndə Elnarə Abdullayeva fevralın 20-də solo-konsertə hazırlaşır
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Günəbaxan" verilişinin qonağı olan ifaçı böyük məbləğdə pul tələb edən gecənin bütün xərclərini özü ödəyəcəyini deyib:

"Maliyyəsi böyükdür. Hələ konsertə qədər musiqiçilərin məşq zamanı yeməkləri, afişalar, konsertdə geyimlər üçün pul verməliyəm. Hamısını ödəyəcəm. Hər şeyi özüm edirəm. Sponsorla işim yoxdur. Maliyyə haqda heç nə düşünmürəm. Gəlir götürüb-götürməyəcəyimi fikirləşməmişəm".

Geyimlərindən danışan E.Abdullayeva səhnədə heç vaxt buna əhəmiyyət vermədiyini deyib:

"Bir paltarı on dəfə də geyinirəm. Evdəkilər deyirlər ki, bəsdir, dəyiş paltarı. Deyirəm, burada nə var, oxuyanda mənə baxmırlar ki, səsimə qulaq asırlar da. Hərdən gedirəm salona, saçımı düzəldirlər, “vızhavız” edib qoyurlar ora. Belə şeylərə əsəbləşirəm. Mənim üçün görünüş önəmli deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR