Gəncədə Ulu Öndərə həsr edilmiş inşa yazı müsabiqəsi

Gəncədə Ulu Öndərə həsr edilmiş inşa yazı müsabiqəsi
11:23 6 Aprel 2015
305 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 6 aprel, AZƏRTAC
Gəncə Şəhər Təhsil İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, tədbirlər planına əsasən şagirdlər arasında “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda ilk inşa yazı müsabiqəsi keçirilib. Şəhərin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən müsabiqədə məktəblilər dahi rəhbərə olan sonsuz məhəbbətlərini ifadə edərək, ürək sözlərini yazıblar. Müsabiqənin sonunda fikirlərini daha səlis və dolğun ifadə edən şagirdlərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_Ulu_Ondere_hesr_edilmis_insa_yazi_musabiqesi-843784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR