“Babadağ” komandası U-13 qızlar liqasının qalibi olub

11:28 6 Aprel 2015
155 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Bayıl stadionunda keçirilmiş iki oyunla futbol üzrə U-13 qızlar liqasının cari mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, üçüncü yer uğrunda oyunda Bakının “Fidan” komandası ilə İmişlinin eyniadlı təmsilçisi qarşılaşıb. Görüşdə 3:2 hesabı ilə qələbə qazanan bakılı qızlar mövsümü mükafatçılar sırasında başa vurub.
“Təhsil” (Bakı) və “Babadağ” (İsmayıllı) komandaları arasında keçirilmiş final oyunu 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən “Babadağ” 2:1 (ümumi hesab 4:3) hesabı ilə qələbə qazanaraq liqanın qalibi olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdir müavini Vasif Məmmədov və Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov təqdim ediblər.
U-13 qızlar liqasının bombardiri 23 qolla “Babadağ” komandasının oyunçusu Günel Əhmədli olub. Mövsümün ən yaxşı oyunçusu adına “Təhsil” (Bakı) komandasından Şəms Əbdülrəhimova layiq görülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Babadag_komandasi_U_13_qizlar_liqasinin_qalibi_olub-843785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR