2000-dən artıq avtobus sürücüsü cəzalandırılıb - NAZİRLİK

2000-dən artıq avtobus sürücüsü cəzalandırılıb - NAZİRLİK
11:29 6 Aprel 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda tıxacların yaranmasına səbəb olan səbəblərdən biri də avtobus dayanacaqlarının taksilər və digər vətəndaşlara məxsus maşınlar tərindən tutulmasıdır. Nəticədə avtobuslar onlar üçün ayrılmış dayanacaqlarda deyil, ya yolun ortasında, ya da dayanacaqlardan xeyli kənarda saxlamağa məcbur olur. Müvafiq qurumlar da məsələdən xəbərdar və narahatdırlar.

 

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov  Lent.az-a bildirib ki, bununla bağlı mütəmadi tədbirlər görülür: “Nəqliyyat müfəttişliyi tərəfindən qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlar cəzalandırılır.  Yəni onlara cərimə sanksiyalara tətbiq olunur. Bundan başqa, Dövlət Yol Polisi tərəfindən də müəyyən işlər görülür”

 

İdarə rəisinin müavini onu da vurğulayıb ki, elə avtobus “cibləri” var ki, onlar həddən artıq dardır: “Həmin yerlərə avtobuslar sığmır. Bununla bağlı da işlər görülür”.

 

Ə. Cəfərovun sözlərinə görə, avtobus sürücülərinin vəzifələrindən biri idarə etdikləri nəqliyyat vasitələrini dayanacaqda saxlamalarıdır: “Sürücülərin avtobusları dayanacaqda  saxlamamaları ilə Bakı Nəqliyyat İdarəsinə şikayətlər daxil olur. Ən çox şikayət isə 8-ci km qəsəbəsindən edilir. Bununla bağlı sürücüyə (sürücülərə) cərimə tətbiq olunur. Bir sürücü bu cür hallara bir neçə dəfə yol verirsə, sürücülükdən kənarlaşdırılır. Belə hallar çox olub”.

 

İdarə rəisinin müavini onu da qeyd edib ki, müxtəlif səbəblərdən ötən il 2000-dən artıq sürücü cəzalandırılıb.

  

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov mətbuata bir qədər əvvəl açıqlamasında bildirib ki, bu istiqamətdə müvafiq işlərin aparılır və dayanacaqları qanunsuz zəbt etmiş sürücülərə qarşı tədbirlərin görülür.

V. Əsədov avtobus duracaqlarının qeyri-qanuni olaraq zəbt edilməsinə görə, həmin sürücülərin cərimə edildiklərini də bildirib.

Ümid edirik ki, Bakının bəlalarından biri olan bu problem yaxın zamanlarda tamamilə öz həllini tapacaq.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR