Bu il Həcc ziyarətində azərbaycanlı zəvvarlara paylanacaq qurbanlıq qoyunların qiyməti qalxıb

Bu il Həcc ziyarətində azərbaycanlı zəvvarlara paylanacaq qurbanlıq qoyunların qiyməti qalxıb
11:32 6 Aprel 2015
233 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 11:28 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycandan bu il Həcc ziyarətində olacaq zəvvarlara paylanacaq qurbanlıq qoyunların qiymətində artım olacaq.

QMİ-dən APA-ya verilən məlumata görə, azərbaycanlı zəvvarlara iki formada təqdim olunan qurbanlıq qoyunların qiymətində müvafiq olaraq 10-15 dollar artımlar gözlənilir.

 

Nisbətən zəif çəkili qoyunlar 135 dollara, nisbətən kök qoyunlar isə 150 dollara təqdim olunacaq. Qeyd edək ki, ötən il bu rəqəmlər müvafiq olaraq 120-135 dollar olub.

 

Xatırladaq ki, bu il də zəvvarlara ziyarət iki formada təklif olunacaq. Daha yaxşı şəraitli otellərdə qalmağı, daha çeşidli yeməklərin verilməsini, o cümlədən 4 nəfərlik otaqlarda yerləşdirməni nəzərdə tutan xidmətin qiyməti 5750 dollar, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlarda qalmağı nəzərdə tutan xidmətinqiyməti isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla ziyarət təşkil edilməyəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR