“Bakı” və “Atletiko”nun prezidentləri İspaniyada görüşüblər

14:22 9 Yanvar 2015
146 İdman
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 14:20 ]



Bakı – APA. İspaniyada səfərdə olan “Bakı”nın prezidenti Hafiz Məmmədov bir sıra görüşlər keçirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Məmmədov öncə “Atletiko”nun prezidenti Enriko Serezo ilə görüşüb.

 

Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq bunları deyib: “Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidi. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq”.

 

“Bakı”nın prezidenti həmçinin komandanın sabiq baş məşqçisi Milinko Pantiçlə də görüşüb. Görüş zamanı Pantiç bildirib ki, “Bakı”da işləmək onun üçün böyük şərəf idi və hər zaman kluba öz köməyini göstərməyə hazırdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR