Yeddi Azərbaycan vətəndaşı Türkiyənin köməyi ilə Yəməndən çıxarılıb

11:37 6 Aprel 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 11:31 ]


Bakı. Məlahət Nəcəfova - APA. Yəmənin paytaxtı Sana şəhərindəki bütün azərbaycanlılar oradan çıxarılıb. Bu barədə APA-ya Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.

 

Konsul bildirib ki, sonuncu azərbaycanlıların Yəməndən çıxarılmasına Türkiyə dövləti kömək edib: “Dünən 7 nəfər azərbaycanlı Sana aeroportundan Türkiyə tərəfinin vasitəsilə təxliyyə olunub. Onlar təyyarə ilə birbaşa İstanbul şəhərinə uçublar. Hazırda Sana aeroportunda təxliyyə olunmağı gözləyən azərbaycanlı yoxdur”.

 

Xatırladaq ki, aprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən çıxarılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR