​Dünyanın bir nömrəli tennisçisi daha bir turnirin qalibi olub

​Dünyanın bir nömrəli tennisçisi daha bir turnirin qalibi olub
11:37 6 Aprel 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən tennis üzrə açıq turnirin qalibi müəyyənləşib. "Report"un məlumatına görə, qalib adına dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç yiyələnib.
Serbiyalı idmançı finalda ingiltərəli Endi Murrey üzərində 3 setin yekununda qələbə qazanıb - 7:6, 4:6, 6:0.
Qeyd edək ki, bu, Novak Cokoviçin "Mayami Open"də 5-ci çempionluğu olub. O, qalib olduğu üçün 900 400 dollar qazanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/serbiyali-tenniscu-aciq-turnirin-qalibi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR