Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi diqqətdə saxlanılır

Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi diqqətdə saxlanılır
11:38 6 Aprel 2015
258 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağstafa, 6 aprel, AZƏRTAC
Tam orta ümumtəhsil məktəblərində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi ilə bağlı aprelin 6-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə məktəb direktorları, rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq, məktəblərdə hərbi vətənpərvərlik işinin gücləndirilməsi, hərbi təhsil müəssisələrinə şagirdlərin qəbul qaydaları və zabitlik peşəsinə gənclərin həvəsləndirilməsi barədə danışıb.
Rayon təhsil şöbəsinin müdiri Fərhad Vəliyev bu sahədə görülən və görüləcək işlər barədə ətraflı məlumat verib.
Sonda məktəb direktorlarına hərbi təhsil müəssisələrinə qəbul qaydaları paylanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sagirdlerin_herbi_vetenperverlik_terbiyesinin_yukseldilmesi_diqqetde_saxlanilir-843788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR