ABŞ-ın Azərbaycandakı yeni səfiri “AmCham”ın üzvləri ilə görüşüb

ABŞ-ın Azərbaycandakı yeni səfiri “AmCham”ın üzvləri ilə görüşüb
11:38 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC 
ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Robert Sekuta ölkəmizdə fəaliyyət göstərən Amerika Ticarət Palatasının (“AmCham”) təşkil etdiyi aylıq işgüzar naharda iştirak edib.
“AmCham”dan AZƏRTAC-a bildiriblər ki, icraçı direktor Nərgiz Nəsrullayeva-Müdüroğlu Amerika Ticarət Palatası ilə ABŞ səfirliyinin davamlı əməkdaşlığından məmnun olduğunu deyib. O vurğulayıb ki, ABŞ səfirliyinin dəstəyi ilə “AmCham” Azərbaycanda uzun və müvəffəqiyyətli inkişaf yolu keçib. İnanıram ki, cənab Sekutanın diqqəti və dəstəyi nəticəsində üzərimizə düşən işlərin öhdəsindən gələ biləcəyik.
Səfir R. Sekuta palatanın üzvləri qarşısında özəl və dövlət sektorları arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivlərindən söz açıb: “Azərbaycan və ABŞ, o cümlədən Azərbaycanla dünya ölkələri arasında mövcud olan iqtisadi əlaqələr çox böyük potensiala malikdir. Bizim özəl sənayeyə olan güvənimiz Azərbaycanla əlaqələrimizin hərəkətverici qüvvəsidir”.
Ölkə iqtisadiyyatına təsir edən hadisələr barədə üzvləri daim məlumatlı saxlayan “AmCham” Azərbaycan manatının devalvasiyası ilə bağlı təqdimat keçirmək üçün Gürcüstanın sabiq maliyyə naziri, Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı iqtisadçısı Dimitri Qvindadzeni dəvət edib.
Sonda Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev səfir R. Sekutaya və ABŞ səfirliyininə əməkdaşlığa görə minnətdarlığını bildirib və gələcəkdə potensial ortaq layihələrin həyata keçirilməsi barədə gözləntilərini səsləndirib: “Şirkətlər qarşısında öhdəliklərimizi yerinə yetirərkən ABŞ səfirliyi hər zaman yanımızda olub. Əməkdaşlığımızın başlanmasından etibarən daim bizə dəstək olduğunuz üçün bir daha təşəkkür edirəm”.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_Azerbaycandaki_yeni_sefiri_AmChamin_uzvleri_ile_gorusub-843786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR