PA sığortanı nəzarə götürdü

PA sığortanı nəzarə götürdü
11:41 6 Aprel 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

“Sığorta şikayətlərilə bağlı komissiya yaradılıb. Sabah həmin komissiya 7 sığorta şikayəti ilə görüşəcək”.

ANS PRESS-in məlumatına görə, bunu Dövlət Sığorta Nəzarət Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov deyib. O bildirib ki, bu görüşün məqsədi DSNX-yə daxil olan şikayətlərin sayının kifayət qədər artması olub.

“Təkcə bir il ərzində 450 ərizə sayı artıb. Şikayətlərin əksəriyyəti isə avtomobillərin icbari sığortası ilə bağlıdır. Bu isə bizi narahat edir. Prezident Administrasiyasından bizə məktub daxil olub. Prezident İlham Əliyevin adına müraciət edilən məktublarda qeyd edilib ki, sığorta ödənişlərinin alınmasında çətinliklər var”.

DSNX rəis müavini bildirib ki, bu məsələlər Maliyyə Nazirliyinin və PA-nın birbaşa nəzarətindədir. Vətəndaşların daxil olan şikayətləri yeni yaradılmış komissiya tərəfindən ciddi şəkildə araşdırılacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=336086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR