Müğənni Doğuş onu atan anasının qarşısında diz çökdü - FOTO

Müğənni Doğuş onu atan anasının qarşısında diz çökdü - FOTO
11:42 6 Aprel 2015
508 Şou
Ölkə mətbuatı
A- A+

Doğuş illər əvvəl onu atan anasının qarşısında diz çökdü
Milli.Az show.az-a istinadən xəbər verir ki, hər buraxılışı səs-küyə səbəb olan "A-dan Z-yə" şousunun növbəti qonağı, tanınmış türk müğənnisi Doğuş oldu. Verilişdə türk müğənni bu günəcən şəxsi həyatı ilə bağlı danışmadıqlarından danışdı. Körpə ikən uşaq evinə atılan, sonradan küçələrdə böyüyən Doğuş, elə türk filimlərinə bənzəyən həyatını danışarkən, pul qazanmaq üçün hər bir işlə məşğul olduğunu və həyatın hər üzünü gördüyünü dedi.

Veriliş zamanı uşaq yaşlarında oğlundan imtina edən Doğuşun anası çəkiliş məkanına gəlib, keçmişdə oğluna qarşı etdiyi səhvləri etiraf etdi.

"Onda çox gənc idim, atam məni məcbur Almaniyaya apardı və məcbur ikinci dəfə ərə verdi. Körpə oğlumdan ayırdılar məni, amma gizlin-gizlin onun şəkillərinə baxıb ağlayırdım və imkan düşən kimi, İstanbula qaçıb onu axtarırdım. Bütün günü oğluma görə dua edirdim ki, sağ-salamat olsun. Hansı ana istəyər ki, övladından uzaq olsun? Anasına ünvanlanan suallardan yayınmaq üçün Doguş:

"O, nə səhv etsə də mənim anamdır, anaların heç bir günahı olmaz və mənim də anamın həmçinin.
O mənim atamdan çox zərbələr görüb və ikinci həyat yoldaşı məni heç istəməyib. Anamın duaları olmasaydı, bu gün ayaqda olmazdım. Çünki məni dəfələrlə bıçaqla, ya da silahla vurublar. Onun duası məni qoruyub. Sizdən də, tamaşaçılardan da xahiş edirəm, keçmişimlə bağlı anamı günahkar bilməyin", - deyərək anasına mahnı həsr edib və qarşısında diz çöküb.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/333012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR