ABŞ Azərbaycanın özəl sənayesinə güvənir

ABŞ Azərbaycanın özəl sənayesinə güvənir
11:47 6 Aprel 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının (“AmCham”) təşkil etdiyi aylıq işgüzar naharda iştirak edib.

“AmCham”-dan Trend-ə verilən məlumata görə, qurumun icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu ABŞ səfirini və işgüzar nahar iştirakçılarını salamlayıb.

O, "AmCham”la ABŞ səfirliyinin davamlı əməkdaşlığından məmnun olduğunu bildirib: “Qürur hissi ilə vurğulamaq istəyirəm ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “AmCham” Azərbaycanda uzun və müvəffəqiyyətli inkişaf yolu keçib. İnanıram ki, cənab Sekutanın diqqəti və dəstəyi nəticəsində üzvlərimizin gözləntilərini doğrultmaqda davam edəcəyik”.

Səfir R.Sekuta palatanın üzvləri qarşısında çıxış nitqində özəl və dövlət sektorları arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivlərindən danışıb: “Azərbaycan və ABŞ, o cümlədən Azərbaycanla dünya ölkələri arasında mövcud olan iqtisadi əlaqələr çox böyük potensiala malikdir. Bizim özəl sənayeyə olan güvənimiz Azərbaycanla əlaqələrimizin hərəkətverici qüvvəsidir”.

Ölkə iqtisadiyyatına təsir edən hadisələr barədə üzvləri daim məlumatlı saxlayan “AmCham” Azərbaycan manatının devalvasiyası ilə bağlı təqdimat keçirmək üçün Gürcüstanın sabiq maliyyə naziri, Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı iqtisadçısı Dimitri Qvindadzeni dəvət edib.

Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev səfir R.Sekutaya və ABŞ səfirliyinin rəhbərliyinə “AmCham”la davamlı əməkdaşlığa görə minnətdarlığını bildirib və gələcəkdə potensial ortaq layihələrin həyata keçirilməsi barədə gözləntilərini səsləndirib: “Şirkətlər qarşısında öhdəliklərimizi yerinə yetirərkən ABŞ səfirliyi hər zaman yanımızda olub. Əməkdaşlığımızın başlanmasından etibarən daim bizə dəstək olduğunuz üçün bir daha təşəkkür edirəm”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR