​Azərbaycanda sığorta ilə bağlı şikayətlərin sayı artıb

10:57 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Report"un verdiyi xəbərə görə, bu barədə Bakıda keçirilən Sığorta Agentərinin III Milli Forumunda iştirak edən DSNX-nin rəis müavini M.İsrafilov özü məlumat verib: "Bizə Prezident Adminstrasiyasından da sığorta ödənişlərinin ödənilməməsi və sığorta ilə bağlı dövlət başçısına şikayət və ərizələrin sayının artmasına dair məktub daxil olub. Bu şikayərlərin araşdırılmasını həyata keçirəcəyik. Hər çərşənbə 10:00-dan 17:00-dək həmin komissiyada "açıq qapı" olacaq və hər bir vətəndaş öz şikayət və müraciətini ünvanlaya bilər".
Rəis müavini qeyd edib ki, əgər 2014-cü ildə DSNX-yə 1 170 şikayət daxil olubsa, əvvəlki il bu göstərici 738 olub. Buna baxmayaraq, bu müraciətlərin yalnız 20%-i əsaslıdır. Onun sözlərinə görə, müraciətlərin əksəriytəti avtonəqliyyat vasitələrinin sığortası ilə əlaqədardır.
Sığorta agentlərindən 4% deyil, 20%-lə gəlir vergisinin tutulması ilə bağlı sualı cavablandıran Azərbaycan Sığotçılar Assosiasiyasının (ASA) sədri bu məsələnin yaxın vaxtlarda həllini tapacağını deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı müzakirələr aparılır: "Həm Nazirlik, həm də sığortaçılarla müzakirələr aparılır. Qanuna yanaşmada müxtəliflik var. Ümid edirik ki, yaxın günlərdə məsələ öz həllini tapacaq".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-sigorta-ile-bagli-sikayetlerinin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR