Maliyyə Nazirliyi: Sığorta halları ilə bağlı ərizə və şikayətlərin sayının artması narahatlıq doğurur

11:02 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 11:53 ]

“Ərizə və şikayətlərin araşdırılması məqsədilə Dövlət Sığorta Nəzarəti Xidmətində xüsusi komissiya yaradılıb”

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) daxil olan ərizə və şikayətlərin sayının artması bizi narahat edir.

 

APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən “Sığorta Agentlərinin III Milli Forumu”nda DSNX-nin rəis müavini Müşfiq İsrafilov deyib.

 

M. İsrafilovun sözlərinə görə, ötən il onun təmsil etdiyi quruma 1170 ərizə və şikayət daxil olub: “Yəni, ərizə və şikayətlərin sayında 500-ə yaxın artım var. Ərizə və şikayətləri araşdıranda görürük ki, bu müraciətlərin əksəriyyəti avtonəqliyyat vasitələrinin sığortalanması ilə əlaqədar bağlanan müqavilələr ilə bağlıdır. Prezident Administrasiyasından da məktub daxil olub ki, sığorta ödənişlərinin ödənilməməsi ilə bağlı şikayətlər artıb və artmaqdadır. Bu məsələ Prezident Administrasiyasının və Maliyyə Nazirliyinin diqqətindədir. Qeyd etmək istəyirəm ki, bununla bağlı real vəziyyət araşdırılacaq”.

 

Rəis müavini əlavə edib ki, ərizə və şikayətlərin araşdırılması ilə məqsədilə DSNX-də xüsusi komissiya yaradılıb: “Düzdür, ərizə və şikayətlərin 20%-i əsaslı hesab edilib. Yerdə qalan hissəsi əsassız hesab edilib. Bu məsələ icra orqanlarının diqqətindədir. Biz sığorta agentlərinin fəaliyyətinə qədər bu məsələni araşdıracağıq. Xüsusi komissiya hər həftənin 3-cü günü saat 15:00-dan 17:00-dək vətəndaşları qəbul edəcək və onların şikayətlərini dinləyəcək”.  

 

O sığorta agentlərinə müştərilərə qanundan irəli gələn məlumatları verməyə, onları aldatmamağa və geniş izahat işləri aparmağa çağırıb.

 

M. İsrafilov qeyd edib ki, ərizə və şikayətlərin azalması üçün bu sahədə dönüş yaradılmalıdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR