Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Ucar rayon şöbəsinin binası yanıb

12:02 6 Aprel 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 11:45 ]


 

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda güclü yanğın hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Ucar rayon şöbəsinin inzibati binasında qeydə alınıb. Üç mərtəbəli binanın yuxarı hissəsində başlanan yanğın tezliklə bütün binanı əhatə edib. 

 

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar və Göyçay rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi, texnikası cəlb olunub. Binada olan şəxslər evakuasiya edilib. Yanğın lokallaşdlrılıb. 

 

Binanın tamamilə yandığı bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

 

Yanğının səbəbləri araşdırlır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR