Ötən il maliyyə mənbələrindən əsas kapitala 17615,8 milyon manat vəsait yönəldilib

Ötən il maliyyə mənbələrindən əsas kapitala 17615,8 milyon manat vəsait yönəldilib
12:03 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC 
Ötən il Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17615,8 milyon manat vəsait yönəldilib ki, onun da 75,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
AZƏRTAC İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına istinadla bildirir ki, ümumi sərmayənin 48,2 faizi dövlət, 51,8 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil edib, onun 63,4 faizi dövlət bölməsinin hesabına formalaşıb.
Xarici mənbələrdən əsas kapitala 4880,4 milyon manat investisiya yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 4484,2 milyon manatı Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_maliyye_menbelerinden_esas_kapitala_176158_milyon_manat_vesait_yoneldilib-843794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR