Brüssel Almaniya aviaşirkətlərində uçuşların təhlükəsizliyi səviyyəsindən narazıdır

Brüssel Almaniya aviaşirkətlərində uçuşların təhlükəsizliyi səviyyəsindən narazıdır
12:03 6 Aprel 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin 6 aprel, AZƏRTAC 
“Alman dalğası” xəbər verir ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Almaniyada uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində problemlər olması barədə Almaniya tərəfinə xəbərdarlıq edib. “The Wall Street Journal” nəşrinin verdiyi məlumata görə, müvafiq iradlar hələ “Germanwings” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayandan bir neçə ay əvvəl bildirilib. Məsələn, 2014-cü ilin noyabr ayında Avropa Komissiyası bu sahədə “çoxdan mövcud olan problemləri aradan qaldırmağı” Berlinə israrla tövsiyə etmişdi.
EASA-nın rəsmi nümayəndəsi Dominik Fauda Amerika qəzetində bildirib ki, Almaniyada uçuşların təhlükəsizliyi qaydalarına uyğun olmayan ayrı-ayrı hallar onun təşkilatı tərəfindən qeydə alınıb. Məsələn, Avropa tənzimləyicisi Braunşveyqdə uçuşların idarə edilməsi üzrə Federal Agentliyə (LBA) xəbərdarlıq edib ki, təyyarələrin və onların heyətlərinin yoxlanılmasına görə, habelə pilotların tibbi müayinəsinə görə cavabdeh olan kadrlar çatışmır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Brussel_Almaniya_aviasirketlerinde_uchuslarin_tehlukesizliyi_seviyyesinden_narazidir-843793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR