"Napoli" ispani qovur?

"Napoli" ispani qovur?
11:05 6 Aprel 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın baş məşqçisi Rafael Benitesin işindən narazıdır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu səbəbdən klub onunla yolları ayırmaq barədə düşünür.

Qeyd edək ki, bu mövsümün sonu ispaniyalı mütəxəssisin “Napoli” ilə müqaviləsi başa çatır. Komandanın göstərdiyi nəticələrdən razı qalmayan klub rəhbərliyi isə müqaviləni uzatmamaq qərarı verib.

Xatırladaq ki, hazırda “Napoli” A seriyasında 6-cı yeri tutur. Komanda Çempionlar Liqasına vəsiqə qazanmamaq təhlükəsi ilə üzləşib.

Bildirilir ki, hazırda “Napoli” Luçano Spaletti Çezare Prandelli ilə danışıqlar aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR