Bakı Beynəlxalq Avtovağzalı: Naxçıvan reysi istisna olmaqla, reyslərin yerinə yetirilməsində problem yoxdur

14:27 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 14:22 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Beynəlxalq Avtovağzalı qarlı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.

 

Onun sözlərinə görə, ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsinə baxmayaraq, Bakıdan beynəlxalq və şəhərlərarası nəqliyyat reyslərinin yerinə yetirilməsində problem müşahidə olunmur: “Yalnız səhər saatlarında Bakıdan Naxçıvana getməli olan reys təxirə salınıb. Hazırda şəhərlərarası və beynəlxalq reyslər qrafik üzrə yerinə yetirilir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR