Mustafa Hacıbəyli: "“Hamı mənim “ayağıma yığılacaq”" siyasəti alınmayacaq”

Mustafa Hacıbəyli: "“Hamı mənim “ayağıma yığılacaq”" siyasəti alınmayacaq”
12:07 6 Aprel 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 12:03 ]


Bakı. Etibar Məmmədov - APA. “Milli Şura bizim çağırışımıza müsbət cavab vermədi”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli Milli Şuranın dünən keçirilən mitinqinə münasibət bildirərkən deyib.

 

M. Hacıbəyli bildirib ki, Müsavat aksiyaların daha geniş və kütləvi olması üçün birgə fəaliyyətin tərəfdarıdır: “Biz Milli Şuranın keçirdiyi aksiyaları dəstəkləyirik və aksiyaların keçirilməsini zəruri sayırıq. Eyni zamanda biz daha geniş və kütləvi aksiyaların təşkil olunması üçün bütün müxalifət partiyalarının birgə fəaliyyətinin tərəfdarıq. Biz əvvəldən də Milli Şura rəhbərliyinə aksiyada iştirak niyyətimizi bildirmişik. Lakin Milli Şura bizim çağırışımıza müsbət cavab vermədi. Buna baxmayaraq, yüzlərlə müsavatçı həmin aksiyada iştirak etdi”.

 

O, AXCP rəhbərliyinin Müsavatın Milli Şuranın mitinqlərində iştirakının əleyhinə olmasına da münasibət bildirərək, onları təkəbbürdən uzaq olmağa çağırıb: “Hamını bir yerə toplamaq və öz liderliyini təsdiq etmək üçün hər bir siyasətçi təkəbbürdən imtina etməlidir. Mən bunu hər kəsə aid edirəm. Hamı mənim “ayağıma yığılacaq” siyasəti yeritmək alınmayacaq. Ona görə də bütün siyasətləri bu təkəbbürdən uzaq olmağa, cəmiyyətin aparıcı qüvvəsi olan partiyaların ayağına getməyə çağırıram. Əlbəttə hər kəs öz siyasətini özü müəyyənləşdirir. Bütün təbəqələrin və bütün təşkilatların səninlə bir yerdə olmasını istəyirsənsə, buna şərait yaratmalısan. Mən bunu təkcə AXCP rəhbərliyinə deyil, hər bir siyasətçiyə aid edirəm”.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR