“Ümid-1” yarışı sona çatıb

12:08 6 Aprel 2015
55 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC 
Aprelin 4-dən 5-dək Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında keçirilən idman dırmanması üzrə növbəti “Ümid-1” yarışı sona çatıb.
FAİREX-dən AZƏRTAC-a bildiriblər ki, hər il “ClimBaku” idman dırmanması mərkəzində keçirilən bu ənənəvi yarışda Federasiyanın “Ekosport”, “Salavat”, “AMEAST”, “Qərb Universiteti”, “FHN”, “Şahdağ”, “Caspian”, “Qax”, “Babadağ”, “Şahdağ Kompleksi”, “Qafqaz”, “Memarlıq”, “Gənclik”, “İrəli Extrim”, “Aviasiya”, “Climb club”, “Rock Stone”, “Kəmərqaya”, “Daşkəsən”, “Gəncə”, “Zirvə”, “Black Stone” və “AMA” klublarının idmançıları iştirak ediblər.
İki gün davam edən yarışda qaliblərə kubok, medal və diplomlar təqdim olunub.
Çempionatın nəticələrinə görə oğlanlar arasında birinci yeri İftixar Fərhadov (“Qafqaz”), ikinci yeri Rəşid Əliyev (“Extralife”), üçüncü yeri isə Cavid Süleymanlı (“Extralife”) tutub.
Qızlar arasında fəxri kürsünün ən yüksək pilləsinə Leyla Əhmədova (“AMEAST”) qalxıb. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq Fidan Hüseynova (“AMEAST”) və Fatimə Səfərova (“Qərb Universiteti”) layiq görülüb.
Komandalararası yarışda ümumi nəticələrə görə “Qafqaz” komandası birinci, “Qərb Universiteti” komandası ikinci, “Salavat” komandası isə üçüncü yerə çıxıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umid_1_yarisi_sona_chatib-843795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR