​Neftçala rayonunun Birinci Qaralı kəndinə ilk dəfə qaz verilib

​Neftçala rayonunun Birinci Qaralı kəndinə ilk dəfə qaz verilib
12:12 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Neftçala rayonunun Birinci Qaralı kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyi, Neftçala rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 219 abonenti olan Birinci Qaralı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 389 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran R.Abdullayev ölkənin qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini deyib.




Xəbərin orijinal ünvanı: http://report.az/energetika/neftcala-rayonunun-birinci-qarali-kendine-ilk-defe-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR