Ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər sınaq imtahanı veriblər

Ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər sınaq imtahanı veriblər
12:18 6 Aprel 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 5-də 29 şəhər və rayonda sınaq imtahanı keçirib.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.
İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib, prosesin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib.
Qeyd edək ki, aprelin 6-dan etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq və nəticələr yaxın günlərdə elan olunacaq. Nəticələrin elan edilməsinə dair ilkin məlumatlar TQDK-nın səhifəsində veriləcək.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~LDuR1

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ali_tehsil_muessiselerine_qebul_olunmaq_isteyen_abituriyentler_sinaq_imtahani_veribler-843797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR