Masallıda dəhşət yaşandı

Masallıda dəhşət yaşandı
11:21 6 Aprel 2015
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Masallı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə Ələt-Astara magistralının 164-cü kilometrliyində, Masallı rayonu Musaküçə kəndi ərazisində qeydə alınıb.

Astara istiqamətində hərəkət edən "Shagman" markalı yük maşını sürətlə hərəkət edərkən qarşı tərəfdən gələn "VAZ-21011" markalı minik maşınına çırpılıb.

Zərbənin təsirindən avtomobil yük maşınının altına girib.

Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində ölüb.

Hələlik sürücünün kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR