Azərbaycan Memarlıq və İnşaat Universiteti U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub

Azərbaycan Memarlıq və İnşaat Universiteti U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub
12:27 6 Aprel 2015
113 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Memarlıq və İnşaat Universiteti Avropa Birliyi tərəfindən yaradılan U-Multirank beynəlxalq reytinq sisteminə ciddi tələblərə cavab verən 237 universitetdən biri olaraq daxil olmuşdur. Bu siyahıya daxil olaraq ali təhsil müəssisələrində təhsilin əhatəli qiymətləndirilməsi ilə yanaşı, həm də universitet üçün yeni perspektivlər yaradılır və xüsusilə xarici tələbələrin Azərbaycan Universitetlərinə girişini asanlaşdırır.

Ali təhsil müəssisələrinin qiymətləndirilməsi A(əla)-dan, E(qeyri-kafi)-yə qədər olan qiymətləndirmə sistemi ilə həyata keçirilir. Azərbaycan Memarlıq və İnşaat Universiteti Avropa ekspertləri tərəfindən orta kateqoriya olan B ilə qiymətləndirilmişdir və maksimum dərəcədən bir səviyyə ilə geri qalmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycandakı universitetlər arasında yalnız Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti bu reytinqə daxil olmuşdur.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR