İLK DƏFƏ: Cənub-Şərqi Qafqazın geoloji quruluşu tədqiq edilib

İLK DƏFƏ: Cənub-Şərqi Qafqazın geoloji quruluşu tədqiq edilib
12:29 6 Aprel 2015
81 Sosial
Ölkə mətbuatı
A- A+

Geologiya və Geofizika İnstitutunun elmi şurasının iclasında bir sıra mühüm məsələlərin müzakirəsi aparılıb. Azərbaycan Milli Elmlər Akademiyasından Lent.az-a verilən məlumata görə, tədbiri institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açaraq, gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, ilk olaraq “Cənub-Şərqi Qafqazın geoloji sistemləri” mövzusunda tədqiqatlardan danışıb. Bildirib ki, bu istiqamətdə işlər regionun yeraltı dərinliklərində gedən geoloji və geofiziki proseslər baxımından böyük əhəmiyyət daşıyır. İnstitut əməkdaşları son illər aparmış olduqları tədqiqatlardan mühüm nəticələr əldə ediblər.

Sonra institutun Geotektonika və regional geologiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi V.Korobanov sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. O, ilk dəfə olaraq sinergetikanın əsas anlayışlarından – sistemli analiz, dissipativ struktur nəzəriyyəsi, qeyri-xətti dinamika, fraktal geometriya və s. istifadə etməklə Cənub-Şərqi Qafqazın geoloji quruluşu və inkişafının tədqiq edildiyini bildirib. Əlavə edib ki, sistemli analiz əsasında Cənub-Şərqi Qafqazın alp çöküntü qatını əmələ gətirən komplekslərin struktur təkamülünün, lövhə, örtük və lay dəstələrinin en kəsiyi boyu geoloji sistemlərinin dizyunktiv əlaqələrinin, dizyunktivlərin vahid əlaqə tiplərinin, 7 sinif dizyunktivlərin geoloji sistemlərinin modeli tərtib edilib.

Geoloji-geofiziki məlumatların xüsusi metodlarla rəqəmləşdirilməsi və ədədi işlənilməsi əsasında geoloji sistemlərdə qeyri-xəttilik, fraktallıq, dövrlük və kooperativlik effektinin təzahürü qiymətləndirilib, Elliot nəzəriyyəsinə əsaslanmaqla Cənub-Şərqi Qafqazın meqazona, zona və yarımzonalarının dalğalar modeli tərtib edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR