Polis rəisi Lənkərandakı insidentdən danışdı

Polis rəisi Lənkərandakı insidentdən danışdı
12:32 6 Aprel 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda quldurluq hadisəsi törədən qrupun daha iki üzvü tutulub
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi Möhübbət Hüseynovun APA-ya verdiyi məlumata görə, martın 29-da Lənkəran şəhərində 4 naməlum şəxs Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi döyərək onlardan 1400 manat pul alıb.

ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da hadisəni törətməkdə şübhəli bilinən Lənkəranın Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov Famil Babazadə tutulublar. Polis rəisi bildirib ki, Lənkəran rayonu ərazisində mart ayının 31-də keçirilən əməliyyat zamanı hadisədə iştirak edən digər iki nəfər - Ələsgər Rahim oğlu Həsənzadə Seyidağa Böyükağa oğlu da yaxalanıb.

M. Hüseynov bəzi Kütləvi İnformasiya Vasitələrində həmin şəxslərin deputat Hadi Rəcəbliyə məxsus “Palıdlı Sahil” restoranında saxlandığı barədə yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, APA məlum hadisə ilə bağlı martın 30-da Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb. Məlumata əsasən, martın 29-da Lənkəran şəhərində şəxsiyyəti məlum olmayan 4 nəfər Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi zorla “Chevrolet” markalı avtomobilə oturdub Aşağı Nüvədi kəndinə apararaq döyüb və bıçaqla hədələyərək onlardan 1400 manat alıb.

Keçirilən əməliyyat nəticəsində hadisəni törədənlərdən Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutulublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/333039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR