Göygöldə “Qələbə” park-abidə kompleksində yenidənqurma işləri aparılıb

Göygöldə “Qələbə” park-abidə kompleksində yenidənqurma işləri aparılıb
12:33 6 Aprel 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+


Göygöl, 6 aprel, AZƏRTAC
Göygöl rayonunda faşizm üzərində qələbənin 70 illik yubileyi ilə əlaqədar görülən hazırlıq işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə “Qələbə” park-abidə kompleksində geniş abadlıq və yenidənqurma işləri aparılıb. Parkın ərazisi bir qədər də genişləndirilib, əraziyə 7 min kvadratmetr tamet döşənib, 3 böyük fəvvarə quraşdırılıb. Parkda sakinlərin istirahəti üçün oturacaqlar qoyulub, uşaqlar üçün əyləncə mərkəzi yaradılıb. Abidənin ətrafı qranitlə üzlənib. Bundan başqa, ərazinin işıqlandırılması üçün müasir dirəklər də quraşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goygolde_Qelebe_park_abide_kompleksinde_yenidenqurma_isleri_aparilib-843803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR