Anadolu Agentliyi 95 illiyini qeyd edir

Anadolu Agentliyi 95 illiyini qeyd edir
12:33 6 Aprel 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+


İstanbul, 6 aprel, AZƏRTAC
Türkiyənin Anadolu Agentliyinin yaranmasından 95 il keçir.
Türkiyə Cümhuriyyətinin banısı Mustafa Kamal Atatürkün tövsiyəsi ilə 1920-ci il aprelin 6-da fəaliyyətə başlayan agentlik ötən müddətdə çətin və şərəfli yol keçib. Türk xalqının başını qara buludların aldığı bir vaxtda yaranmasına baxmayaraq, Anadolu qısa zaman kəsiyində dünyanın aparıcı media qurumları sırasında özünə layiqli yer tuta bilib.
Xəbərləri düzgün və operativ oxucuya çatdırmaq Anadolunun başlıca fəaliyyət prinsipidir. Məhz bu mövqe beynəlxalq media məkanında Anadolunun xəbərlərinə olan etibarı daha da artırır.
Anadolu bütün qitələrdən, qaynar münaqişə zonalarından informasiyalar hazırlayır, elmi və texnoloji yeniliklər, bir sözlə cəmiyyət üçün önəm kəsb edən bütün mövzularla bağlı dəqiq və operativ xəbərlər yayır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Anadolu_Agentliyi_95_illiyini_qeyd_edir-843801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR