Səudiyyə Ərəbistanı 100 kəndi viran qoyacaq (VİDEO)

Səudiyyə Ərəbistanı 100 kəndi viran qoyacaq (VİDEO)
11:41 6 Aprel 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Yəmənlə sərhəd bölgədə 100-dən çox kəndi dağıdacağını bildirib.

ANS TV-nin məlumatına görə, BBC- telekanalında bildirilib ki, Rəsmi Ər-Riyad təhlükəsizlik məqsədilə belə bir qərar qəbul edib. Artıq 10 kəndin dağıdıldığı qeyd olunur. Sözügedən kəndlərdə əhali evlərindən təxliyə olunub.

Səudiyyə Ərəbistanı rəhbərliyi sərhəd kəndlərin ölkə ərazisinə soxulan Husi üsyançıları üçün sığınacağa çevrilə biləcəyindən ehtiyat etdiyini deyib.

Səudiyyə Ərəbistanına məxsus qırıcılar bu gecə də Yəmənin paytaxtı Sənada Husilərin mövqelərini bombalayıb.

Avamiya şəhərində baş tutan əməliyyatlar nəticəsində bir polis əməkdaşı öldürülüb, 3 nəfər yaralanıb.

Artıq 11 gündür ki, Husilərə qarşı Hərbi Hava əməliyyatlari səngimək bilmir. Əməliyyatlar nəticəsində 500-dən çox insan ölüb.

Yəmənin paytaxtı Səna şəhərindəki bütün azərbaycanlılar oradan çıxarılıb.

Bu barədə Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib. 7 nəfər azərbaycanlı Səna aeroportundan Türkiyə tərəfinin vasitəsilə təxliyyə olunub.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR