İntim kaseti ilə məşhurlaşan sarışın necə varlandı? (FOTO)

İntim kaseti ilə məşhurlaşan sarışın necə varlandı? (FOTO)
11:41 6 Aprel 2015
68 Sosial
Ölkə mətbuatı
A- A+

Paris Hilton dünyanın ən varlı gənc sarışınlarından biridir. Onun məşhurluğu hələ gənclik yaşlarından başlayıb.

Kübar cəmiyyətin ən tanınmışlarından olan 34 yaşlı Paris 2003-cü ildə yayılan intim kaseti ilə dünyanın gündəminə bomba kimi düşüb. Bundan sonra o bahalı zövqləri və yaşadığı münasibətlərlə daima gündəmdə qala bilib.
Hilton otellər şəbəkəsinin varisi olan Paris qalmaqalları ilə də daima mətbuatın diqqət mərkəzində olub.

Şəxsi sərvəti 100 milyon dollardan çox olan Hilton iş dünyasındakı uğurunun sirrini açıqlayıb. ANS PRESS-in məlumatına görə, dəfələrlə miras hüququnu itirməklə üz-üzə qalan sarışın heç kimə qulaq asmadığını deyib. "Sərt bir qabığım var".

P.Hiltonun öz adını daşıyan parfüm markasının dəyəri 2 milyard dollardır. Bu yaxnlarda isə o Fillipində ikinci çimərliyini açmağı planlaşdırır. Bu ərəfədə isə ikinci ətirini bazara çıxarıb.

"Öz imperatorluğumu qurmuşam. 15 yaşında Nyu-Yorka köçdüm. Donald Trampın model agentliyinə yazıldım. Hər zaman böyük işlər görmək istəmişəm. Gördüyüm işi sevirəm. O, qədər uzun zamandır ki, bu işin içindəyəm. Buna görə özümü zədələrdən qoruyan bir qabıq yaratmışam.
Uşaqlıqda məni əsəbləşdirən şeylərə artıq diqqət etmirəm. Pozitiv məqamlara köklənmişəm. Bu həyatda görməli olduğum çox iş var".

Kübar cəmiyyət gözəli 34 yaşında özünü çox gözəl hiss etdiyini də etiraf edib. Onun sözlərinə görə, anası daima ona dərisinə qulluq etməyi və günəşdən uzaq durmağı məsləhət görüb. "İndi onun tövsiyyələrinə qulaq asıram. Mən əgər bir tövsiyyə verməli olsam o belə olardı - "heç kimi ciddi qəbul etməyin"".







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=42&nid=336109

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR