Marina Durunda Rumıniyada keçirilən Dünya Kubokunda bürünc medal qazandı

Marina Durunda Rumıniyada keçirilən Dünya Kubokunda bürünc medal qazandı
12:42 6 Aprel 2015
117 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı xanım gimnast Bədii Gimnastika üzrə Dünya Kubokunun Rumıniyada başa çatan növbəti mərhələsində bürünc medal qazanıb.

Trend-in məlumatına görə, lentlə çıxışetmədə Azərbaycan yığmasının lideri Marina Durunda bürünc medal qazanıb.

Top və halqa çıxışı üzrə Azərbaycan idmançısı dördüncü yer tutub, dörd çıxış üzrə isə beşinci yerdə qərarlaşıb.

Həmçinin yığma üzvü Gülsüm Şəfizadə gürzlə və lentlə çıxış üzrə finala çıxsa da, sonra mübarizəni dayandırmalı olub.

Dünya Kuboku ilə paralel olaraq, Rumıniya paytaxtı Buxarestdə beynəlxalq turnir də keçirilib. Turnirdə iki Azərbaycan gimnastı Ayşən Bayramova Jalə Piriyeva fərqləniblər.

A.Bayramova yüksək nəticə göstərərək, halqa və gürzlə çıxışlara görə gümüş medallar qazanıb, ümumi nəticədə isə yarışda üçüncü yer tutub. Jalə Piriyeva isə finalda halqa ilə ən yaxşı nəticə göstərib.

Bundan başqa, o, turnirdə hesabına iki gümüş (top və iplə çıxış) və bir bürünc (gürzlə çıxış) medal yaza bilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR