100 ədəd “Porsche 911”-dən ibarət avtomobil dəstəsi Praqa küçələrindən keçəcək

100 ədəd “Porsche 911”-dən ibarət avtomobil dəstəsi Praqa küçələrindən keçəcək
12:43 6 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+


Praqa, 6 aprel, AZƏRTAC
Aprelin 18-də Çexiyanın paytaxtında keçiriləcək qeyri-adi tədbir, heç şübhəsiz, həm şəhər sakinlərinin, həm də turistlərin diqqətini cəlb edəcək. Praqanın mərkəzində 100 ədəd Porsche 911 avtomobili dəstə ilə keçəcək. Bu aksiya aprelin 9-da Praqadakı “Arkády Pankrác” ticarət kompleksinin ərazisində açılacaq “Porsche qoynunda” sərgisi çərçivəsində təşkil ediləcək və aprelin 29-dək davam edəcək.
Yüz idman avtomobilinin Praqa boyunca səyahəti aprelin 18-də saat 15:00-da “Arkády Pankrác” ticarət mərkəzinin girəcəyində başlanacaq. Avtomobil dəstəsi Na Pankratsi, Na Strji küçələrindən, daha sonra Podolskaya, Raşinovaya, Resslov, Leqerov, Vilsonov küçələrindən keçərək Vatslav meydanına gələcək, oradan Mezibransk, Sokolovsk və 5 May (5 Kvetna) küçələrindən keçərək ticarət mərkəzinin yanına qayıdacaq. Düz bir saat davam edəcək bu unikal şou saat 16.00-da başa çatacaq.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/100_eded_Porsche_911_den_ibaret_avtomobil_destesi_Praqa_kuchelerinden_kechecek-843805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR