Multikulturalizm Mərkəzinin sertifikatları təqdim edilib - FOTO

11:47 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 12:43 ]


 

Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin universitetlərdə tədrisi üçün kadrların hazırlanması məqsədi ilə təşkil etdiyi təlimlərin birinci mərhələsi başa çatıb.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərdə iştirak edən 15 müəllimə sertifikatlar təqdim olunub.

Təlimlərin birinci mərhələsində Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin müəllimləri və Azərbaycan Respublikası Prezidenti yanında Strarteji Araşdırmalar Mərkəzinin nümayəndəsi iştirak edib.

Təlim iştirakçıları millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası nümayəndələrinin Azərbaycan multikulturalizminin tarixi və müasir dövrü, Azərbaycan Respublikasının multikulturalizm siyasəti barədə mühazirələrini dinləyib.

Təlimlər dörd mərhələdən ibarətdir və hər biri iki ay boyunca davam edir. Mühazirələr hər həftənin şənbə günü Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində həyata keçirilir. Hər mərhələnin sonunda təlim iştirakçıları Multikulturalizm Mərkəzinin sertifikatlarını əldə edir və növbəti semestrlərdə “Azərbaycan Multikulturalizmi” fənnini tədris edən müəllimlərin sırasına qoşulur.

Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin xarici universitetlərdə tədris olunması layihəsi çərçivəsində bu fənn artıq 7 xarici ali təhsil ocağında tədris olunur. Universitet tələbələri “Azərbaycan multikulturalizmi” fənni üzrə bütün yaz semestri boyunca təhsil alacaqlar. Gələn semestrlərdən isə tədris olunan universitetlərin sırasına yeniləri əlavə olunacaq.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR