Yeddi futbolçu zəhərləndi

Yeddi futbolçu zəhərləndi
11:47 6 Aprel 2015
53 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya çempionatının birinci liqasında yarışan “Volqa”nın yeddi futbolçusu zəhərlənib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə komandanın Samarada “Krılya Sovetov”la 26-cı turunun oyununa bir gün qalmış baş verib.

“İnterfaks” agentliyi bildirib ki, Samarada “Matryoşka” adlı otel kompleksində axşam yeməyindən sonra səkkiz futbolçunun səhhətində problem yaranıb.

Tibbi müayinədən sonra onların zəhərləndiyi müəyyənləşib.

Hadisə ilə bağlı açıqlama yayan otel rəhbərliyi bəyan edib ki, onlar zəhərlənməyə görə heç bir məsuliyyət daşımırlar. Qeyd olunub ki, futbolçular oyundan bir gün əvvəl kənar yerdən otelə bir vedrə qaynadılmış xərçəng və pivə gətizdiriblər.

“Bizim əlimizdə olan videoçəkiliş sübut edir ki, komandanın ümumi axşam yeməyindən bir qədər sonra yeddi futbolçu yenidən otelin yemək zalına qayıdır və kənardan sifariş etdikləri bir vedrə xərçəngi pivə içə-içə yeməyə başlayır. Zəhərlənmənin xərçəng və pivədən baş verdiyini ehtimal edirik”, – deyə məlumatda bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR