Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

12:52 6 Aprel 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 12:48 ]


Bakı. Hafiz Heydərov – APA. Bakıda marşrut avtobusu yol-nəqliyyat hadisəsi törədib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 5-də saat 22.00 radələrində Bakıxanov qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Ramiz Quliyev idarə etdiyi “Daewoo” markalı 113 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Reyhan Nurullayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR