Azərbaycan ərazisində havanın temperaturu 20 dərəcəyədək yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu 20 dərəcəyədək yüksələcək
11:52 6 Aprel 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 12:48 ]

Bakı. Könül Kamilqızı - APA. Aprelin 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz cənub küləyi əsəcək

 

Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında aprelin 7-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR