Yevlaxlı qadın elektrik mühərriklərinin təmiri ilə məşğul olan ən yaxşı ustalardan biri kimi tanınır

Yevlaxlı qadın elektrik mühərriklərinin təmiri ilə məşğul olan ən yaxşı ustalardan biri kimi tanınır
12:53 6 Aprel 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Yevlax, 6 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax şəhər sakini Xuraman Məmmədova uzun illərdir elektrik mühərriklərinin təmiri ilə məşğuldur. O, nəinki Yevlaxda, eləcə də respublikamızda bu peşə sahibi olan bəlkə də yeganə qadındır.
Xuraman Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikomunun qiyabi şöbəsinə qəbul olub və bu dövrdə Maşınqayırma zavodunda işə düzələlərək elektrik mühərriklərinin təmiri peşəsinə yiyələnib. Mühərrik təmiri peşəsinə sonsuz istəyi və möhkəm iradəsi zaman keçdikcə onu bu sahənin ən yaxşı ustalarından birinə çevirib.
Hazırda Yevlax şəhərindəki şəxsi emalatxanasında sevimli peşəsi ilə məşğul olan Xuraman xanım, elektrik mühərriklərinin təmiri üzrə ən yaxşı ustalardan biri kimi tanınır. Hər gün çəkic, dəmir parçaları, mühərrik sarğıları ilə çalışan X.Məmmədova işdən sonra evdə övladları və nəvələrinin qayğısına qalır.
Dörd uşaq anası olan Xuraman xanımın övladlarından yalnız biri onun peşəsini davam etdirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yevlaxli_qadin_elektrik_muherriklerinin_temiri_ile_mesgul_olan_en_yaxsi_ustalardan_biri_kimi_taninir-843809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR