Hələ belə hədiyyə görülməyib

Hələ belə hədiyyə görülməyib
12:56 6 Aprel 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Belə hədiyyə nə eşidildi, nə də görüldü. Almaniyada eşidənləri heyrətə salan bir hal yaşanıb.

ANS PRESS-in məlumatına görə, Baden-Vürttemberq əyalətində Lörrach şəhərində 21 yaşlı gənc həyatının hədiyyəsini alıb. Ona bu hədiyyəni verən isə keçədən keçən bir qadın olub.

"Bild" qəzetinin məlumatına görə, gəncin qarşısına küçədə çıxan qadın "sizə öz maşınımı bağışlaya bilərəm?" deyə sual verib. 53 yaşlı hannoverli qadın xaricə getdiyini, həyatında yeni səhifə açmaq istədiyini deyib.
"Volkswagen Polo" markalı maşınını gəncə bağışlayan qadın bütün sənədləri də ona təqdim edib.

Əlində sənədlər və maşının açarı ilə heyrətə düşən gənc dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis qadını yoxlayıb onun ağlının başında olduğunu müəyyən edəndən sonra gəncə istəsə hədiyyəni qəbul edə biləcəyini deyib.

Bundan sonra Florian adlı oğlan 10 min avro qiyməti olan hədiyyəni qəbul edib.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=336068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR