Dövlət Sığorta Nəzarəti Xidmətinə ünvanlanan ərizə və şikayətlərin sayı artıb

12:58 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, Gülnar Bəşirova, AZƏRTAC
Dövlət Sığorta Nəzarəti Xidmətinə ünvanlanan ərizə və şikayətlərin sayında artım var.
Azərbaycanda 900-dən çox fiziki, 60 dan çox hüquqi şəxs sığorta agenti kimi qeydiyyata alınsa da, araşdırma zamanı məlum olub ki, onlardan bir çoxu ya fəaliyyət göstərməyib, ya da ki müəyyən müddət fəaliyyət göstərdikdən sonra fəaliyyətləri dondurulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sığorta Agentlərinin III Milli Forumu"nda çıxışı zamanı Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov deyib. O bildirib ki, ötən dövr ərzində Dövlət Sığorta Nəzarəti Xidmətinə 800-ə yaxın hesabat təqdim olunub, 100-dən çox sığorta agenti isə hesabatını təqdim etməyib. Eyni zamanda 46 sığorta agentliyinin lisenziyası ləğv edilib, 10-dan çox sığorta agenti isə lisenziyasının ləğv edilməsi ilə bağlı könüllü müraciət edib. 81 sığorta agentinə hesabatı təqdim etmədiyi üçün qanunvericiliyin tələblərinə uygun olaraq sərt şəkildə xəbərdarlıq edilib və və fəaliyyəti 6 aylıq dayandırılıb.
Müsfiq İsrafilov qeyd edib ki, Dövlət Sığorta Nəzarəti Xidmətinə ünvanlanan ərizə və şikayətlərin də sayında artım var, bu il ərzində xidmətə 170 şikayət daxil olub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Sigorta_Nezareti_Xidmetine_unvanlanan_erize_ve_sikayetlerin_sayi_artib-843811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR