Türkan Şorayın "səsi" öldü (VİDEO)

Türkan Şorayın "səsi" öldü (VİDEO)
13:01 6 Aprel 2015
67 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış səslərindən biri olan sənətçi Nevin Akkaya dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, 1919-ci il təvəllüdlü sənətçi Türkan Şoraydan, Hale Soyqaziyə, Nəriman Köksaldan Arzu Okaya qədər çox sayda sənətçinin səsinə həyat verib. Akkaya xüsusilə, 50-dən çox filmdə Türkan Şorayın səsini canlandırıb.
 
Akkayanın cənazəsi çərşənbə axşamı təşkil olunacaq vida mərasimindən sonra əbədiyyata yola salınacaq.

Sənətə 1937-ci ildən başlayan N.Akkaya 1951-52-ci illərdə Muhsin Ərtoğrulun qurduğu "Kiçik Sahne" teatrında çalışıb. 1959-cu ildə "Kent Oyuncuları"nda səhnəyə çıxıb. O, 1952-ci ildə Tarık Gürcan ilə evlənərək teatrından gedib. Akkaya 1960-cı ildən sonra bir çox kinoda aktyorların səsini canlandırıb, 500-ə yaxın filmə öz səsi ilə imzasını qoyub.

Nevin Akkayanın Türkan Şorayın səsini canlandırdığı filmdən bir fraqmenti təqdim edirik:




Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=336126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR