Ağcabədi, 6 aprel, AZƏRTAC
Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, iməcilikdə Taxtakörpü qəsəbəsindəki parklarda, idarə, müəssisə və təşkilatların həyətlərində, yol kənarlarında, 552 ailəlik qəsəbədə 450 ədəd ağac əkilib. Rayon ictimaiyyətinin, əmək kollektivlərinin, sakinlərin iştirakı ilə keçirilən iməcilik zamanı ərazilər abadlaşdırılıb, yeni əkilən ağaclar suvarılaraq aqrotexniki qulluq göstərilib.
Taxtakörpü ərazisində ağacəkmə aksiyaları aprel ayı ərzində davam etdiriləcək.
