İndiana ştatında atışma: yaralanan 5 nəfərdən 3-ü uşaqdır

İndiana ştatında atışma: yaralanan 5 nəfərdən 3-ü uşaqdır
12:03 6 Aprel 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+



Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 5-də ABŞ-ın İndiana ştatında yerləşən İndianapolis şəhərində şəxsi evlərdən birində baş verən atışma zamanı aralarında 3 uşağın da olduğu 5 nəfər yaralanıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, yaralanan iki qadın, 6 və 3 yaşında iki uşaq və 6 aylıq körpə bir ailənin üzvləridir. Onların hamısının vəziyyəti ağırdır.
İnsidentin baş verdiyi ev polis tərəfindən mühasirəyə alınıb. Hadisənin təfərrüatları hələ ki, bəlli deyil. İlkin məlumata əsasən atəş açan şəxslərin 3 kişi olduğu bildirilir. Qanun keşikçiləri onların axtarışını davam etdirirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Indiana_statinda_atisma_yaralanan_5_neferden_3_u_usaqdir-843816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR